Hulusi Akar Ağdamda xidmət edən türkiyəli generala tapşırıqlar verdi

Hulusi Akar Ağdamda xidmət edən türkiyəli generala tapşırıqlar verdi backend

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sədrliyi ilə videokonfrans formatında müşavirə keçirilib.

“Report” xəbər verir ki, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, digər qoşun növlərinin komandanlarının və müdafiə nazirinin müavinləri Yunus Əmrə Qaraosmanoğlu və Alparslan Kabaklıoğlunun iştirakı ilə keçirilən toplantıda Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də müzakirə olunub.

Birgə Monitorinq Mərkəzindəki türkiyəli hərbçilər videoformat vasitəsi ilə müşavirəyə qoşulublar. Mərkəzdəki türkiyəli şəxsi heyətin komandanı, general-mayor Abdullah Katırcı nazirə Birgə Monitorinq Mərkəzindəki faəliyyəti ilə bağlı təqdimat edib. Nazir Hulusi Akar Mərkəzin fəaliyyəti ilə bağlı tapşırıqlar verib.

“Birgə Mərkəz açılıb, çalışmağa başladıq. Ümidimiz, diləyimiz digər bütün çalışmalarla birlikdə bu mərkəzin də töhfəsi ilə atəşkəsin daimi hala gəlməsi, sabitliyin təmin olunması, sülh və əmin-amanlığın bölgəyə hakim olmasıdır. Bu çərçivədə ümidimiz bölgədəki ölkələrin qarşılıqlı şəkildə bir-birilərinə haqq və maraqlarına hörmət prinsipi, beynəlxalq hüquq çərçivəsində həm təhlükəsiz, həm də rifah içində yaşamalarıdır. Diləyimiz və ümidimiz budur. Bunu onsuz da cənab Prezidentimiz dəfələrlə söyləyib. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə də müzakirə olunub, bu fikir Rusiya prezidenti cənab Vladimir Putinlə də paylaşılıb. Yaradılan bu çərçivədə diləyimiz sülh və əmin-amanlığın bölgəyə hakim olmasıdır”, - nazir vurğulayıb.

Diaspora