“Hərbi bazalar bağlanılmalıdır” - Türkiyədə partiya lideri tələb etdi

“Hərbi bazalar bağlanılmalıdır” - Türkiyədə partiya lideri tələb etdi backend

Türkiyənin müxalifətdə olan Rifah Partiyasının lideri Fatih Ərbakan ABŞ-ın bu ölkədəki Kürəcik və İncirlik hərbi bazalarının bağlanmasının lazım olduğunu deyib.

Qaziler.az xəbər verir ki, Ərbakan ABŞ tərəfinin Türkiyə ilə münasibətləri gərginlik məcarasına sürükləyən addımlarına diqqət çəkib.

Onun sözlərinə görə, ABŞ Türkiyənin milli maraqlarını təhdid edən addımlarını davam etdirəcəksə, bu ölkədəki hərbi bazaları da bağlanılmalıdır.

“Türkiyə-ABŞ münasibətləri milli maraqlara zərər verməyəcək şəkildə davam etməlidir. Amma PKK/YPG terror təşkilatına dəstək verən Amerika rəhbərliyinin dosyesi ortadadır”, - Ərbakan vurğulayıb. /Teleqraf
Diaspora