Qaçan terrorçular vurulsun! – Qarailan əmr verdi

Qaçan terrorçular vurulsun! – Qarailan əmr verdi backend

PKK terror təşkilatının lideri Murad Qarailan Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olmaq istəyən terrorçuların öldürülməsi əmrini verib.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, PKK düşərgəsindən qaçan bir nəfər təşkilatın PUA hücumları səbəbindən çətin vəziyyətdə olduğunu, gizləndikləri yerdən çıxa bilməyən terrorçuların rəhbərliyin təlimatlarını da yerinə yetirmədiyini bildirib.

Terrorçu ifadəsində bildirib ki, PKK lideri Murad Qarailan qaçmağa çalışan terrorçuların öldürülməsi əmrini verib. Onun sözlərinə görə, məhz bu səbəbdən terrorçuların əksəriyyəti təslim olmağa qorxur.

Qeyd edək ki, ötən ay PKK lideri Murad Qarailanın təşkilatdan qaçmaq istəyən 4 terrorçunu öldürdüyü barədə məlumat yayılmışdı.
Diaspora