Rusiya sülhməramlılarının nəzarəti altında Xankəndiyə gətirilən ermənilər yolda qalıb.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, iki avtobusla gətirilən 96 erməni əlverişsiz hava şəraiti səbəbindən Sünikdə (Zəngəzurda, Laçın yaxınlığı) saxlanılıb.Səlahiyyətli şəxslər qısa müddətdə avtobusların Xankəndiyə doğru hərəkət edəcəyini bildirib.
Qeyd edək ki, rus sülhməramlıları erməniləri Xankəndiyə gətirməyə davam edir. İndiyədək 51.635 erməni Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının nəzarəti altında olan hissəyə yerləşdirilib.
***
Son sutka ərzində 104 erməni Xankəndiyə gətirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla Xankəndiyə gətirilən ermənilərin sayı 51.739-a çatıb.