Türkiyə Milli Müdafiə Nazirliyindən Birgə Mərkəz ilə bağlı açıqlama

Türkiyə Milli Müdafiə Nazirliyindən Birgə Mərkəz ilə bağlı açıqlama backend

Türkiyənin Milli Müdafiə Nazirliyi Ağdam rayonunda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı paylaşım edib.

Qazilər.az xəbər verir ki, paylaşım nazirliyin tvitter səhifəsində dərc edilib.

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üçün fəaliyyət göstərəcək Türkiyə-Rusiya Birgə Mərkəzinin Azərbaycanın müdafiə naziri, general-leytenant Zakir Həsənov, milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin iştirakı ilə təntənəli şəkildə açılışı olub”, - tivitdə qeyd olunub.
Diaspora