Son sutkada Qarabağda daha 15 erməni əsgərin meyiti aşkarlanıb.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, meyitlərdən 1-i Xocavənddə, 13-ü Cəbrayılda tapılıb, bir erməni əsgərin meyitini isə Azərbaycan Ordusu təhvil verib.Bununla da 14 noyabr 2020-ci ildən indiyədək Qarabağdakı döyüş meydanlarında tapılan erməni meyitlərinin sayı 1344-ə çatıb.
Bu gün Hadrut ətrafında və Sünikin Azərbaycanla sərhəd ərazilərində axtarış aparılacağı bildirilib.