Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın Tel Rıfat bölgəsində PKK/YPG terrorçularının zərərsizləşdirildiyini bildirib.
Bu barədə Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir.Verilən məlumata görə, Tel Rıfat bölgəsindən "Fərat Qalxanı” bölgəsindəki Azez rayonuna minaatanlardan atəş açan PKK/YPG-nin 7 terrorçusu zərərsizləşdirilib. Türk əsgərlərinin cavab atəşi ilə terrorçuların sığınacaqları da məhv edilib.