Anna Akopyan Moskvada nə edir? – Deputat qardaşı danışdı

Anna Akopyan Moskvada nə edir? – Deputat qardaşı danışdı backend

Nikol Paşinyanın arvadı Anna Akopyan və iki qızı hələ də Moskvadadır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim Mənim Addımım blokunun deputatı, A.Akopyanın qardaşı Qraçya Akopyan deyib.

O, Paşinyanın oğlu Aşotun da Rusiya paytaxtında olduğuna dair məlumatları təkzib edib.

"Bu, özəl səfərdir, vətəndaşlıqdan, mənzil almaqdan söhbət getmir. Anna Akopyanın Məryəm və Şuşan Paşinanla ev seçmək üçün Moskvaya getmələri absurd xəbərdir. Düşünürəm ki, Moskvada evi seçmək üçün Şuşan Paşinyanın getməsi vacib deyildi", - Akopyan bildirib.

Qeyd edək ki, A.Akopyan övladları ilə bir müddət əvvəl Moskvaya gedib. Onun Moskvada ev alacağı və Rusiya qeydiyyatına düşmək üçün müraciət etdiyi bildirilir.

Erməni mediası bunu Paşinyanın ailəsini Ermənistandan qaçırtması kimi tirajlayıb.
Diaspora