Ermənistanın siyasi həyatı parçalanıb, cəmiyyət tərəfindən qəbul ediləcək nüfuzlu bir lider yoxdur.
Bütün bunların fonunda hazırkı hakimiyyətin təkrarlanmasına imkan verən iki amil var: apatiya və nifrət.Axar.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbekyan jurnalistlərlə görüşündə bildirib.
O qeyd edib ki, bugünkü apatiya hakimiyyətyönlü qrupların sosial şəbəkələrdə təbliğatı nəticəsində müsbət dozada informasiyanın verilməsi vasitəsilə və ya Serj Sərkisyanın qalacağı təqdirdə “arsax”ın təslim olacağı tezisini irəli sürməklə müharibədən sonra yaranıb:
“Əks məlumatlar ortaya çıxdıqda insanlar ümumiyyətlə nəyəsə inanmağı dayandırırlar. Digər tərəfdən təbliğat və texnologiya baxımından çox geridə qalan və 30 il öncəki metodlarla fəaliyyət göstərən zəif bir müxalifət qanadı onlara qarşı çıxır. Bundan əlavə, müxalifət özü xalqla ünsiyyətin zəif aparıldığını etiraf edib və Vazgen Manukyan bağlı qapılar arxasında seçilib. Bunun əksinə olaraq, Paşinyan 2018-ci ildə meydandan “xalqın namizədi” olduğunu elan edib. Üstəlik, Paşinyanın 2018-ci ildəki tezisləri və açıqlamaları müxalifətin bu gün xalqa dediklərindən daha aydın idi. Bu, siyasi qavrayış baxımından vacibdir”.