Qriqoryan Şurnuxun Azərbaycana aid olduğunu etiraf etdi

Qriqoryan Şurnuxun Azərbaycana aid olduğunu etiraf etdi backend

İrəvan Dövlət Universitetinin çağdaş erməni ədəbiyyatı kafedrasının rəhbəri Seyran Qriqoryanın Şurnuxla bağlı fikirləri Ermənistanda tənqidlərə tuş gəlib.

Azvision.az xəbər verir ki, məşhur erməni jurnalist Bella Lalayan Qriqoryanın Şurnuxun Azərbaycan kəndi olmasını etiraf etdiyini deyib.

Erməni jurnalist bununla bağlı yazır: “Kafedra müdiri Şurnuxun Azərbaycan kəndi olmasını sübut edir. Bu da “Nikolun yeni Ermənistanı”. İcazə verin bəzi şeyləri də deyim. 1. Türklər artıq bunu yayaraq deyirlər ki, Qriqoryan bu fikirləri yaxşı yazıb. 2. Köçərilər də Yerevanda yaşayıblar. İrəvan, İrivan - bu da Azərbaycan kəndi olub. 3. Görünür, bu “mental partlayış” (Qriqoryan-red) yazdığım 2-ci məqamı da asanlıqla sübut edəcək. 4. Bu məqamları sizin məntiqinizə buraxıram”.

Qeyd edək ki, Seyran Qriqoryan Şurnuxun tarixi Azərbaycan kəndi olmasını belə izah edib:

"1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız Qafqaz tatarları yaşayırdı. Daha sonra kənd hərbi dəstələr tərəfindən etnik təmizliyə məruz qaldı. Ermənilər orada yaşamağa başladılar. Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxa qayıtdı. 1947-ci il dekabrın 23-ü tarixində Sovet İttifaqı Nazirlər Soveti 4083 saylı qərar qəbul etdi. Qərara görə, Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirildilər. 1953-cü ildə Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı. 1988-ci ildə "Artsax hərəkatı" zamanı - noyabr ayında onlar Şurnuxdan yenidən deportasiya edildilər".
Diaspora