Şəhid və qazilərimizin ailəsi üçün nəzərdə tutulan yardım maşını İğdırdan yola çıxıb - FOTO

Şəhid və qazilərimizin ailəsi üçün nəzərdə tutulan yardım maşını İğdırdan yola çıxıb - FOTO backend

İğdır Alulbeyt vəqfinin təşkil etdiyi “Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində “Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Azərbaycana yola salınıb.

Bu barədə APA-ya “Okuklu İnşaat” şirkətinin prezidenti Yılmaz Okuklu məlumat verib. Azərbaycan şəhid və qazilərinin ailəsi üçün nəzərdə tutulan yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır “Ehlibeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır İl Müftü yardımçısı Kudbettin Şen və “Ehlibeyt Alimləri”nin üzləri təşkil edib. Onlar bu yardımla qardaş ölkə Azərbaycana dualarını da göndəriblər.

Ebülfez Kocadağ yardımı yola salarkən toplantıda bunları söyləyib:

“Əziz qardaşlarım, bildiyiniz kimi, Can Azərbaycan xalqı işğalçı Ermənistan qarşısında böyük bir dastan yazaraq ölkə torpaqlarını Ana Vətəninə qovuşdurdu. Bu savaşda yüzlərcə vətən övladı şəhid oldu və yaralandı. Bununla da onlar bir dastan yazaraq İslam hümmətinin iftixarı olublar. Bizlər bu savaşda ən başından Azərbaycan xalqının yanında olduq və olmaqda da davam edəcəyik. Böyük istəklər qarşısında Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdirmək üçün yardımla dolu yük maşınını yola salmağa qərar verdik.

Əlbəttə ki, Azərbaycanın bu yardıma ehtiyacı olmadığını bilirik, amma bu həmrəyliyin nümayişidir”.

Ebülfez Kocadağ çıxışı zamanı Azərbaycan şəhidlərinə də rəhmət oxuyub.

Toplantıda yardıma qatılan digər nümayəndələr də çıxış edib bildiriblər ki, Azərbaycan xalqı onu bilməlidir ki, biz yaxşı və pis günlərində həmişə onlarla birlikdəyik və Ermənistanı qınayırıq.

Dini alimlərin çıxışından sonra yardım gətirən yük maşını Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilərək ölkəmizə göndərilib. Və bu yardımların davamlı olacağını bildiriblər.

Yılmaz Okuklu sonda onu da bildirdi ki, bunun qarşılığında o da bir yük maşını yardımı İğdırda yoxsul insanlar üçün göndərəcək.
Diaspora