Meydanı doldura bilmirlər, amma istefamı tələb edirlər...

Meydanı doldura bilmirlər, amma istefamı tələb edirlər... backend

Növbədənkənar seçkilərdə Ermənistanın bütün siyasi qüvvələri xalq qarşısında çıxış edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mediaya açıqlamasında deyib.

O deyib ki, ilk gündən müxtəlif qüvvələrin təmsilçiləri ilə növbədənkənar seçkiləri müzakirə edib, ancaq konkret tarixdən hələlik söhbət getmir.

Paşinyan küçədə və meydanlarda hakimiyyətin istefasını tələb edən müxalifətin heç bir konstitusion yol təklif etmədiyini bildirib.

Onun sözlərinə görə, müxalifət sərəncamında olan bütün təşkilati və maliyyə imkanlarına baxmayaraq, meydana məhdud sayda insanı çıxarda bilir.

O, konstitusion mexanizmi də izah edib: baş nazir istefa verir, parlament iki dəfə baş naziri seçə bilmir və özünü buraxır. Ya da Konstitusiya dəyişikliyi edilir və parlament özünü buraxmaq səlahiyyəti qazanır:

“Ona görə də mən siyasi qüvvələri məsləhətləşməyə dəvət edirəm ki, bütün məsələləri müzakirə edək”.

Qeyd edək ki, müxalifət Paşinyanın erkən seçkilərin müzakirəsi ilə bağlı təklifini qəbul etməyib.
Diaspora