Ermənistanda hökumətin istefasını tələb edən müxalifətçilərə qarşı kütləvi həbslər başlayıb.
Azvision.az xəbər verir ki, paytaxt İrəvandakı Respublika meydanında təşkil edilən mitinq zamanı polislər baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirən vətəndaşları naməlum istiqamətdə aparıblar.Onların arasında Ermənistanın "qəhrəmanlarından" sayılan Şaqen Mehranyanın oğlu Zinavor Mehranyan da olub .Həmçinin, polislər meydana gələn general Yuri Xaçaturovun oğlu İqor Xaçaturovu da saxlayıblar.
Xatırladaq ki, bu gün ermənilər hökumət binasının giriş-çıxışını bağlayaraq məmurların işə gəlməsinə mane olublar. Polislər güc tətbiq edərək etirazçıları ərazidən uzaqlaşdıra biliblər.