Məşhur erməni jurnalist-bloqqer Vadim Arutyunov Ermənistan baş naziri Nikol Paşinyana Azərbaycan dilində müraciət edib.
“Report” xəbər verir ki, o, müraciəti müəllifi olduğu “Antitopor” kanalının yayımında edib:“Çıx get! Erməni xalqını cin atına mindirmə. Get cəhənnəm ol! Bilirsən, hakim nə vaxt özünün heç kim olduğunu anlamalıdır: xalq ona hörmət etməyəndə və düşmənlər onu sevəndə”, - V.Arutyunov vurğulayıb.
Qeyd edək ki, 42 yaşlı Vadim Arutyunov Bakıda anadan olub. O, ixtisasca şərqşünasdır. Jurnalist yutubdakı "Antitopor" kanalının müəllifidir.