“Azərbaycan ordusu Şurnux kəndinin bir kilometrliyindədir” - erməni mediası

“Azərbaycan ordusu Şurnux kəndinin bir kilometrliyindədir” - erməni mediası backend

Azərbaycanın hərbi bölmələri Ermənistanın cənub-şərqində Zəngəzur (Sünik) vilayətinin Şurnux kəndinin 1-1,5 km-liyində yerləşib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bununla bağlı həmin kəndin yaxınlığında yoldaşları ilə birgə yerləşən “könüllü”lərdən biri məlumat verib. Həmin şəxs bildirib ki, Azərbaycan Silahlı Qüvvələri meşə Şurnukun 1-1,5 km-liyinə meşə yolu ilə gəliblər.

“Biz bunu 18.15-də qeydə aldıq. İndi azərbaycanlılar kənddən görünür”, - “könüllü” əlavə edib.

Dediyinə görə, azərbaycanlıların mövqeyi ilə həmin kəndin arasındakı hava məsafəsi bir km-ə yaxındır. Kəndin muxtarı Akop Arşakyan isə deyib ki, erməni ordusunun şəxsi heyəti və artilleriyanı mövqelərdən çıxardığı barədə yerli milislərdən məlumat alıblar.

“İndi kənddə ancaq könüllülər qalıb, qadınlar və uşaqlar təhlükəsizlik səbəbindən çıxarılıb”, Arşakyan əlavə edib.
Diaspora