Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan beş min erməni gizlicə Ermənistan vətəndaşlığını qəbul ediblər. Qazilər.az saytı gürcü mətbuatına istinadən xəbər verir ki, onlar bu faktı dövlət orqanlarından gizlədiblər.
“Biz Rusiyaya maneəsiz olaraq gedərək orada işə düzəlmək üçün Ermənistan vətəndaşlığını qəbul etməyi qərara aldıq” – deyə, Ermənistanın “yeni vətəndaşı” “Rustavi 2” kanalına bildirib. Onlar Ermənistan vətəndaşlığını qəbul etdiklərinə görə Gürcüstan vətəndaşlığından çıxmalı olublar. Çünki gürcü qanunları ikili vətəndaşlığa icazə vermir.KİV-in verdiyi məlumata görə problemi həll etməyə çalışan ermənilər imza toplayaraq gürcü hökumətindən vətəndaşlıq olmadan onlara yaşamaq hüququ verilməsini xahiş edəcəklər.