Yerevan polisi Baqramyan prospektində fəalları saxlamağa və etirazçıları dağıtmağa başlayıb. QAZİLER.AZ-ın Trend-ə istinadən verdiyi məlumata görə, polis etirazçıların sıralarını dağıdaraq müqavimət göstərənləri saxlamağa başlayıb.
Polis digərlərini isə yolun hərəkət hissəsindən sıxışdıraraq prospekt üzrə avtomobillərin hərəkətini bərpa etməyə çalışır.Onlarla fəal saxlanılıb. Prospektdə təqribən 200 polis əməkdaşının, o cümlədən xüsusi təyinatlıların olduğu bildirilir.