Qarabağda döyüşmüş Ermənistan vətəndaşlarının RƏSMİ sayı açıqlandı

Qarabağda döyüşmüş Ermənistan vətəndaşlarının RƏSMİ sayı açıqlandı backend

1991-94-cü illərdə Dağlıq Qarabağda aparılan döyüşlərdə iştirak etdiyinə görə, 8777 Ermənistan vətəndaşına qanunla “hərbi əməliyyat iştirakçısı” statusu verilib.

Strateq.az bildirir ki, bu barədə Ermənistan parlamentinin iclasında bununla bağlı qanun layihəsi müzakirə edilərkən məlumat açıqlanıb. Vətəndaşlara bu status Müdafiə Nazirliyi, FHN, Polis və Milli Təhlükəsizlik Xidmətinin müvafiq komissiyası tərəfindən verilib.

Bu gün Ermənistan parlamenti daha bir qanuna dəyişiklik edərək Qarabağda döyüşmüş könüllülərin status alma müddətini artırıb.

“Yerkarpa könüllülərinin statusu haqqında” qanun edilən dəyişikliyə görə, hərbi əməliyyatlarda iştirak edən şəxslərin bu statusu almaq üçün ərizə ilə müraciət müddəti 2017-ci ilə qədər uzadılıb.

Bundan əvvəl isə 23 aprel 2014-cü ildən 19 may 2015-ci ilə qədər ərizə ilə müraciət etmək mümkün olub. Bu bir il ərzində isə 3210 Ermənistan vətəndaşı “hərbi əməliyyat işitrakçısı” statusunu alıb. Ermənistan Müdafiə Nazirliyinin hesablamalarına görə isə, 15 minə qədər Ermənistan vətəndaşı bu statusu alacaq.

Qeyd edək ki, rəsmi Yerevan Azərbaycanla müharibə aparmadığını bildirərək bu döyüşlərdə Dağlıq Qarabağda separatçı rejimin silahlı dəstələrinin iştirak etdiyini idda edir.

Xaqani SƏFƏROĞLU
Diaspora