MDB baş qərargah rəisləri görüşəcək

MDB baş qərargah rəisləri görüşəcək backend

Azərbaycanın da iştirak etdiyi tədbirdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bu gün Soçidə Rusiya müdafiə nazirinin birinci müavini, silahlı qüvvələr baş qərargahının rəisi Valeriy Gerasimovun başçılığı ilə MDB-yə üzv ölkələrin silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin iclası keçiriləcək.

ANS PRESS-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya Federasiyası Müdafiə nazirliyinin mətbuat xidməti xəbər verib.

Hərbi qurumun məlumatında qeyd olunur ki, sammit zamanı MDB-yə üzv ölkələrin silahlı qüvvələrinin baş qərargah rəhbərliyi 2016-cı il üçün birgə tədbirləri müzakirə edəcəklər.

“İclasın gündəliyinə əsasən MDB-yə üzv ölkələrin Müdafiə Nazirliklərinin hərbi əməkdaşılığı barədə 15 müxtəlif məsələ müzakirə üçün irəli sürüləcək. İclas zamanı MDB ölkələrinin 2015-ci il üçün hərbi əməkdaşlığının reallaşma konsepsiyaları nəticələrinə və 2016-cı il üçün birgə tədbirlərin müəyyənləşdirilməsinə xüsusi diqqət ayrılacaq”- deyə RF Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edək ki, komitənin işində ölkəmizdən əlavə Rusiya, Belarus, Qazaxstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirliklərinin nümayəndə heyəti iştrak edəcək.

Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təmsil edir.
Diaspora