Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı ,VİDEO

Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı ,VİDEO backend

Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri bu gün Aktauda görüşün yekun sənədini imzalayıblar.

Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, İlham Əliyev, Vladimir Putin, Həsən Ruhani, Nursultan Nazarbayev və Qurbanqulu Berdıməhəmmədov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Bu vacib sənəd 1996-ci ildən başlayaraq hazırlanırdı.

* * *14:33

Rusiya prezidenti Vladimir Putin Xəzər xüsusi iqtisadi forumunun yaradılmasının anonsunu edib.

Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, Aktauda keçirilən V Xəzər sammitindəki çıxışında Rusiyanın dövlət başçısı deyib:

“Xəzər iqtisadi forumunun yaradılması haqqında qəbul edilən qərarlar ölkələrimizin biznes cəmiyyətləri arasında əlaqələri möhkəmləndirməyə imkan yaradacaq”.

* * *14:26

Rusiya prezidenti Vladimir Putin bildirib ki, V Xəzər sammitinin keçirilməsi dövrün fövqündə duran hadisədir.

“Sammitimiz doğrudan da qeyri-adi, belə demək mümkünsə, əsl dövrün fövqündə duran hadisədir. 20 ildən artıq müddətdə hazırlanan Xəzərin hüquqi statusu haqqında Konvensiya dövlətlərimizin Xəzər dənizinin taleyinə görə fövqəladə hüquq və məsuliyyətini özündə ehtiva edir, onun kollektiv şəkildə istifadəsinin dəqiq qaydalarını müəyyənləşdirir”, - virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, Rusiya prezidenti belə deyib.

Onun sözlərinə görə, ümumi maraqlar əsasında müasir və balanslaşdırılmış beynəlxalq sənəd hazırlanıb.

* * *13:27

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.

Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün bu gün Qazaxıstana səfər edib.

Diaspora