Köçəryan istintaqa ifadə verir

Köçəryan istintaqa ifadə verir backend

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə gedib.

Teleqraf.com “news.am”a istinadla xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

Onun sözlərinə görə, Köçəryan 1 mart hadisələri üzrə dindirilir.

Daha sonra ətraflı məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, 2008-ci il martın 1-də seçkinin nəticələrinin Serj Sərksyanın xeyrinə saxtalaşdırlması ilə əlaqədar etiraz aksiyası olub. Nümayişlər zamanı güc tətbiqi nəticəsində 10-dan çox etirazçı öldürülüb.
Diaspora