Gürcüstan Putinin hədəsinə cavab verdi

Gürcüstan Putinin hədəsinə cavab verdi backend

Gürcüstanın NATO-ya yaxınlaşmasının xoşagəlməz hadisələrə səbəb olacağını deyən Rusiya prezidenti Putinə cavab gecikməyib.

Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze, Tiflis rəhbərliyinin yekun məqsədini açıqlayaraq ölkəsinin NATO üzvü olmaq istəyini söyləyib.

Gürcüstan Parlamentinin sədri Kobaxidze, Putinin açıqlamasına dair "Bizim üçün xarici siyasətdə prioritet məsələlər, NATO və Avropa İttifaqı ilə inteqrasiyadır və bu istiqamətdə irəlilədiyimizi bilirsiniz " deyib.

BU BİZİM HAQQIMIZDIR

NATO ilə çox yaxın iş birliyi içində olduqlarını bildirən Kobaxidze, Gürcüstanın NATO-ya inteqrasiyasının davam edəcəyini vurğulayaraq, "Bu bizim haqqımızdır" deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp ilə Helsinkidə keçirdiyi ikitərəfli görüşdən sonra “Fox News” televiziyası ilə etdiyi reportajda, Rusiyanın sərhədlərində NATO-nun genişlənməsinə, Gürcüstan ilə Ukraynanın NATO üzvlüyünə son dərəcə mənfi reaksiya verəcəklərini ifadə etmişdi.

Müxalifət.az
Diaspora