Paşinyana həmlə: Çarukyan silahlı dəstələrə pul paylayır

Paşinyana həmlə: Çarukyan silahlı dəstələrə pul paylayır backend

Erməni oliqarx Qagik Çarukyanın xeyriyyə fondu Sasna Çrer qruplaşmasının hesabına 5 milyon dram (10,4 min dollar) köçürüb.

Muxalifət.az xəbər verir ki, bu barədə məlumat qruplaşmanın Feysbuk səhifəsində yer alıb. Qruplaşma bu pulun siyasi məhbusların zaminə buraxılması və onlara tibbi xidmətin göstərilməsinə yardım edəcəyini bildirib.

Qeyd edək ki, Sasna Çrer qruplaşması Ermənistanda polis bölməsini ələ keçirməsi ilə məşhurlaşıb. Qruplaşmanın üzvləri sonradan həbs edilsələr də, Paşinyanın hakimiyyətə gəlişindən sonra azad edilməyə başlayıblar.
Diaspora