DÇ-2018 şoku: Rusiya şəhərləri su altında qaldı - Video

DÇ-2018 şoku: Rusiya şəhərləri su altında qaldı - Video backend

Rusiyanın Soçi və Alder şəhərləri suyun altında qalıb.

Axar.az xəbər verir ki, buna səbəb hər iki şəhərə yağan yağışlar olub. Belə ki, təkcə Soçi şəhərinə bir gündə aylıq norma həcmində yağış yağıb. Aramsız yağışlar nəticəsində şəhər nəqliyyatı iflic olub.

Kəskin yağışlar ucbatından Xorvatiya milli futbol komandasının məşq edəcəyi yer dəyişdirilib.

Qeyd edək ki, bu gün Soçidə dünya çempionatının dörddəbir final oyunları çərçivəsində Rusiya-Xorvatiya matçı baş tutacaq.
">





Diaspora