İranın Hörmüz təhdidi: Dünya ayağa qalxdı

İranın Hörmüz təhdidi: Dünya ayağa qalxdı backend

Hörmüz boğazının bağlanmasından söhbət belə gedə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri İranın Beynəlxalq Əlaqələr və Milli Təhlükəsizlik komissiyasının rəhbəri Haşmətullah Fəlahətşipə deyib. O bildirib ki, sözügedən məsələ beynəlxalq normalarla tənzimlənir.

Qeyd edək ki, ABŞ tərəfi İranın neft hasilatını dayandıracağı ilə bağlı açıqlama yaymışdı. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazını bütün gəmilərə bağlayacağını bəyan etmişdi.

Ordunun bu bəyanatını beynəlxalq ictimaiyyət birmənalı qarşılamamışdı.
Diaspora