​Köçəryan Ermənistandan qaçdı

​Köçəryan Ermənistandan qaçdı backend

“1 mart işi” (1 mart 2008 qətliamı) demək olar ki, Robert Köçəryanın izlərinə çatıb. Ermənistanın ikinci prezidenti həbs olunmağın bir addımlığındadır.

Buna baxmayaraq, o, ictimaiyyətdən gizlənməyə və ölkədən qaçmağa davam edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri erməni politoloq Sərkis Artsruni deyib.
“Həbs edilmə ehtimalının qaçılmaz olduğunu hiss edən Robert Köçəryan ədalətdən gizlənərək ehtimal olunan cinayət təqibindən çəkinərək Ermənistandan qaçdı. Robert Köçəryan onminlərlə günahsız etirazçıya atəş açılmasını əmr edib və heç bir istintaq orqanı, hətta ən humanitar olanının belə qarşısında qanun çərçivəsində hərəkət etdiyini əsaslandıra bilməz. Köçəryan çirkin bir cinayət törədib, buna görə də ilk dindirilmədən sonra onun həbsini proqnozlaşdırmaq olar, çünki heç bir yolla cinayətin izlərini gizlətmək olmaz. Ermənistanın tarixində ilk dəfə olaraq, hüquq-mühafizə orqanları hakimiyyətin sifarişi ilə deyil, təkzibedilməz faktların təzyiqi ilə hərəkət edirlər”, - politoloq bildirib.

Artsruni qeyd edib ki, Ermənistan hakimiyyəti, Milli Təhlükəsizlik Xidməti Robert Köçəryanın Ermənistana qayıtması məsələsində tutarlılıq nümayiş etdirməlidir. Rusiya başda olmaqla, istənilən ölkə bilməlidir ki, cinayətkarı himayə etməklə Ermənistana və onun xalqına qarşı düşmənçilik nümayiş etdirmiş olur:
“Məhz Robert Köçəryan Ermənistanın onlarla günahsız vətəndaşının güllələnməsi əmrini verib”.
Diaspora