“Biz Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarıyıq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili çıxış edib. Onun sözlərinə görə, regiondakı stabilliyə Rusiyadakı şərait böyük təsir edir:“Hazırda Cənubi Qafqazda qeyri-stabil situasiya Rusiya və Ukrayna arasındakı iqtisadi problemlər ucbatından yaranır. O, Gürcüstan iqtisadiyyatına və ümumilikdə regionun stabilliyinə ciddi təsir göstərir. Rusiyaya qarşı sanksiyaların məqsədi Krımın işğalının qəbul edilməməsi və Rusiyanın qonşularına qarşı aqressiv fəalliyətidir”.