Türk əsgəri İRAN SƏRHƏDİNƏ DOĞRU İRƏLİLƏYİR

Türk əsgəri İRAN SƏRHƏDİNƏ DOĞRU İRƏLİLƏYİR backend

PKK-lı terrorçuları Qəndildən təmizləmək üçün əməliyyata başlayan təhlükəsizlik qüvvələri, istiqamətini İran sərhədinə çevirib.

Xüsusi Təyinatlı Qüvvələr, İran sərhədində yerləşən strateji Şekif aağına çatıb.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terror təşkilatı PKK-nın idarəetmə mərkəzi Qəndilə doğru başlatdığı əməliyyat davam edərkən, Xüsusi Təyinatlı Qüvvələr də istiqamətini İran sərhədinə çevirib. Komandolar, İran sərhədindəki strateji Şekif dağına çatıb. Şırnakın yaxınlığında olan PKK-nın əsas düşərgələrindən biri Haftanin bölgəsinə əməliyyat üçün hazırlıq aparılır. Komandolar, jandarm xüsusi təyinatlıları, xüsusi əməliyyat qrupları ilə yanaşı, polis xüsusi təyinatlıları da Qəndil əməliyyatında iştirak etmək üçün sərhədə sövq edilib. Sərhəddənn Şimali İraqın içərilərinə doğru sahə nəzarəti və strateji nöqtələrin nəzarət altına alınmasında əhəmiyyətli məsafə qət olunub.

20 baza yaradıldı

İlk mərhələdə təşkilatın Qəndil ilə Türkiyə arasındakı bağlantı nöqtələri bir-birindən ayrılıb. Sərhədə yaxın Hakurk, Avaşin-Basyan rayonları, o cümlədən Qəndilə gedən bütün strateji düşərgələr vurularaq sıradan çıxarılıb. Girilən bu regionlarda isə 20-dən artıq hərbi baza nöqtəsi yaradılıb.

Yeni bazaların yaradılmasına davam edilir. Bir neçə qoldan Qəndilə irəliləyən TSQ, Hakurkdan İran sərhədinə uzanan strateji bölgəyə doğru əlavə qüvvə cəlb edib. Əməliyyat qrupları, Hakurk ilə İran sərhəddindəki strateji Del dağı və Avdel Kovi dağları arasındakı bölgədə də nəzarəti təmin edib. Başqa bir qoldan irəliləyən bir Xüsusi Təyinatlı qrup isə Türkiyə, Şimali İraq və İran üçbucağında yer alan PKK-nın Hınere düşərgəsinə gedən Şekif dağına çatıb. Şekif dağının tamamən ələ keçirilməsi ilə Hakurk və Hınere regionu tamamilə TSQ-nin nəzarətinə girmiş olacaq. Bu səbəblə Hakurk və Hınere bölgəsindəki hədəflər döyüş təyyarələri və Kobra tipli vertolyotlarla fasiləsiz vurulur. Qəndil və ətrafındakı hədəflər, İHA və SİHA-lardan alınan görüntülər əsasında döyüş təyyarələri tərəfindən müəyyən fasilələrlə vurularkən, qurudan da top atışları ilə dəstək verilir.

Türkiyə-İran sərhədində yerləşən və Ərbil şəhərinə bağlı olan Sidekan Nahiyə müdiri Ehsan Əbdülqədir, TSQ-ya bağlı hava qüvvələrinin, Sidekan sərhədlərindəki Qəndilin bombalamasından sonra terrorçuların başqa ərazilərə qaçdıqlarını, qərargah və nəzarət nöqtələrini boşaltdıqlarını deyib.

Müxalifət.az
Diaspora