Dünyada məşhur olan nə varsa ermənilərin öz adına çıxması yenilik deyil, bu bir “erməni xəstəliyi”dir və bütün dünya artıq onların bu iddialarını gülüş hədəfinə çevirib.
Amma, erməni xəstəliyi futbol üzrə Dünya çempionatının şıdırğı vaxtında da özünü göstərib.Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, ermənilər FİFA-nın indiki prezidenti Canni İnfantinonun erməni kökləri olduğunu iddia edir və guya o da bunu “təkzib etmir”.
Məsələ burasındadır ki, ortada nə fal var, nə də yumurta, amma ermənilər uydurma tarixləri kimi hər şeyi uydura bilirlər.
NEWS.am-ın müxbiri Vera Martirosyan FİFA-nın prezidenti Canni İnfantinoya sual verib ki, “deyirlər sizin erməni kökləriniz var?” . FİFA prezidentinin cavabı belə olub: ”Maybe” (ola bilər). Ermənilər bu sözdən yapışıb FİFA prezidentini erməni elan ediblər. Üstəlik, erməni qız tələsik Canni ilə selfi də edib.