Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır backend

Güney Azərbaycanın Marağa şəhərində bir qrup yerli əhali Göy Günbəd türbəsinin viran qalmış ərazisinə toplaşaraq, Azərbaycanın tarixi binalarının tədricən sıradan çıxarılmasına etiraz ediblər.

Kult.az xəbər verir ki, İran Mədəni İrs Təşkilatının məsulları, o cümlədən tarixi binaların qorunub saxlanılması və bərpa edilməsi bölümünün rəis müavini Mehrdad Cavadi Göy Günbəd və Dairəvi Türbənin yerləşdiyi yerə baxış keçirib. Soydaşlarımız burada Azərbaycanın tarixi binalarının məhv edilməsi siyasətinə öz etirazlarını bildiriblər.

Etirazçılar məsullara “Nə üçün Azərbaycanın tarixi binaları bərpa olunmur? Bu məkanlarda təmir-bərpa işləri aparılsa, turistlər də gəlib onları görər və Azərbaycanın qədim tarixi ilə tanış olarlar. Etiraz edirik, səsimizi eşidən yoxdur” deyib. İran Mədəni İrs Təşkilatının rəsmisi Mehrdad Cavadi etirazçılara bildirib ki, Göy Günbədinin bərpa edilməsi bu şəhərdə birinci prioritet məsələdir.

Qeyd edək ki, Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən Göy Günbəd Türbəsi Səlcuq İmperatorluğu dövründə - 1194-cü ildə tikilib.
Diaspora