Ohanyan istintaqa çağırıldı: Cinayət işi

Ohanyan istintaqa çağırıldı: Cinayət işi backend

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2014-2017-ci illər ərzində Ermənistan Müdafiə Nazirliyində baş verən qanun pozuntuları ilə bağlı açılmış cinayət işi çərçivəsində dindirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti yayıb.

Mətbuat xidməti pozuntuların dövlət satınalmaları prosesində müəyyən edildiyini və buna görə Ohanyanın dindirildiyini bildirib.

Qeyd edək ki, bundan öncə Müdafiə Nazirliyinin Kapital Təmir İdarəsinin Maddi Texniki Təminat Şöbəsinin keçmiş rəisi Qriqori Barseqyana qarşı cinayət işi açılıb. O, vəzifə səlahiyyətlərini aşmaq və dələduzluqda ittiham olunub.

İdarənin rəhbəri Aşot Qriqoryana qarşı da eyni ittihamlar irəli sürülüb. Nəticədə Qriqoryanın səlahiyyətləri müvəqqəti əlindən alınıb.
Diaspora