Aksiya iştirakçıları hökumətə vaxt verdilər -Gürcüstanda

Aksiya iştirakçıları hökumətə vaxt verdilər -Gürcüstanda backend

Gürcüstanda aksiya iştirakçıları hökumətə iyunun 10-dək vaxt verdilər

Report -un verdiyi xəbərə görə, Tbilisidə keçirilən etiraz aksiyalarının təşkilatçısı Zaza Saralidze hakimiyyətin iyunun 10-dək yeniyetmələrin ölümü ilə bağlı istintaqı yekunlaşdırmasının vacibliyini qeyd edib. Bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşündən sonra bildirib.

Zaza Saralidze deyib ki, əks təqdirdə hökumətin istefasının tələb olunduğu mitinqlər davam edəcək: "İyunun 10-dək baş nazirin verdiyi vədlər yerinə yetirilməsə, biz yenidən hökumətin istefasını tələb edəcəyik", - Zaza Saralidze jurnalistlərə deyib. Onun sözlərinə görə, istintaqı saxtalaşdırmaq istəyən hər bir kəs saxlanılmalıdır: "Bütün tələblər qüvvədə qalır. Sistem dağılmalıdır. Mən iyunun 10-dək gözləyirəm. Lakin paralel olaraq aksiyalar davam edəcək. Nəticə gözləyirik".

Diaspora