Respublika Partiyası ilə razılaşa bilsək, növbədənkənar parlament seçkiləri payızda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentində təmsil olunan “Yelk” fraksiyasının deputatı Edmon Marukyan deyib.Deputat məsələnin həllinin keçmiş prezident Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyası ilə başlayacaq müzakirələrdən asılı olduğunu bildirib:
“Seçkilərin baş tutması yalnız müzakirələr yolu ilə mümkündür. Digər yandan, bunun üçün Seçki Məcəlləsinə dəyişiklik etmək də lazımdır. Bununla bağlı qanun layihəsinin qəbul edilməsi üçün bizə 63 səs lazımdır.
Hazırda bu dəyişikliyin edilməsi Respublika Partiyasının maraqlarına uyğun deyil. Məsələni müzakirələr yolu ilə həll edə bilsək, seçkiləri keçirə biləcəyik”.