“Nyu York Tayms” qəzeti İranın raket istehsalı ilə bağlı yeni fakt ortaya çıxarıb.
Olkem.info axar.az-a istinadən xəbər verir ki, qəzet İranın gizli şəkildə hələ də uzaqmənzilli raketlər hazırladığını bildirib:“12 noyabr 2011-ci ildə Tehrandan 40 kilometr cənub-qərbdə yerləşən Biqdəni kəndinin yaxınlığındakı hərbi obyektdə böyük partlayış baş verdi. Nəticədə general-mayor Həsən Tehrani Müqəddəm və 20 İran İslam İnqilabi Keşikçilər Korpusunun zabiti həlak oldu. Rəsmi versiyaya görə, partlayış döyüş sursatlarının daşınması zamanı yaranan bədbəxt hadisə nəticəsində baş verib. Qeyri-rəsmi səbəb isə qitələrarası raketin partlamasıdır.
Bir müddət öncə Kaliforniyadan olan tədqiqat qrupu İran dövlət televiziyasının Həsən Müqəddimə həsr edilən yeni proqramına baxan zamanı gözlənilmədən İranın raket proqramı haqqında yeni məlumatlar əldə edib. Bu kadrlarda Müqəddəm ölümündən bir müddət əvvəl səhradakı gizli obyektdə işlərin gedişinə nəzarət etdiyi əks olunur. Tədqiqat qrupu müəyyən edib ki, bu obyekt indiyə qədər fəaliyyət göstərir.
Peykdən çəkilən görüntülər burada raket mühərriklərinin yaradılması işlərinin aparıldığını göstərir. Obyektdə işlərin gecələr də aparıldığı müşahidə edilir. Görünür, söhbət uzaqmənzilli raket hazırlığından gedir ki, bu da 2016-cı ilin nüvə razılaşmasına ziddir. ABŞ bu hərbi obyektin inspeksiyasına nail olmağa çalışacaq”, - qəzetdə bildirilib.