Ermənistanda növbədənkənar prezident seçkiləri keçirmək bizim üçün prioritetdir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Ararat Mirzoyan deyib.O, keçmiş prezident Serj Sərkisyanın rəhbərlik etdiyi və parlamentdə çoxluqda olan Respublika Partiyasının hökumətin erkən seçkilər planına qarşı hərəkətə keçdiyini bildirib:
“Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumət növbədənkənar parlament seçkiləri keçirməkdə israrlıdır. Halbuki Respublika Partiyası Seçki Məcəlləsində dəyişiklik etmək niyyətində deyil. Lakin bizim buna ehtiyacımız yoxdur. Əgər biz bununla bağlı qərar qəbul etmişiksə, bunu masaya qoyacağıq və hər kəs də bir nəfər kimi qəbul edəcək”.