Tiflis ağır durumda: 18 milyard borc...

Tiflis ağır durumda: 18 milyard borc... backend

2018-ci ildə Gürcüstan hökuməti 2 milyard lari (816,626 milyon dollar – red.) borc götürməyi planlaşdırır.

Axar.az xəbər verir ki, götürüləcək borcun 1,6 milyardı xaricdən, 400 milyonu isə daxildən alınacaq. Hökumət bu borcun böyük hissəsini Qərb-Şərq avtomagistralının, yeni tunellərin tikintisinə xərcləyəcək.

Hökumətin bu addımı ölkənin borcunu bir qədər də artıracaq. Belə ki, cari ilin sonunda Tiflisin borcu 18,1 milyard lariyə (7,390 milyard dollar – red.) çatacaq ki, bu da 2013-cü ilin göstəricisindən 94% çoxdur.

Qeyd edək ki, Gürcüstanın xarici borcunun ÜDM-yə nisbəti 44,6%-ə bərabərdir. Konstitusiya xarici borcun ÜMD-yə nisbətinin 60%-ə qədər artmasına izn verir.

2013-cü ildə 9,3 milyard lari (3,797 milyard dollar) xarici borca sahib olan Gürcüstan (ÜDM-yə nisbət 34,7%) son beş ildə bu göstəricini 16,9 milyard lariyə (6,9 milyard dollar) çatdırıb.
Diaspora