Rusiyanın yeni uzaqmənzilli raket sınaqlarının uğursuzluğa düçar olması ilə bağlı ötən gün ABŞ kəşfiyyatının yaydığı məlumat dünya mediasının diqqətini çəkib.
Axar.az xəbər verir ki, Qərb mediası Putinin yeni nəsil raketlərinin istifadəyə verilməsi tarixini ertələməyə məcbur olduğunu yazıb. Belə ki, 2020-ci ildə bu raketlərin hazır olmayacağı artıq dəqiqləşməkdədir.Qeyd edək ki, dünyadakı istənilən yeri vura bilmə imkanlarına sahib olacaq “sonsuzmənzilli raket” adı verilən bu yeni silahın bu vaxta qədər baş tutan 4 sınağı uğursuz olub. ABŞ kəşfiyyatının hesabatına əsasən, Moskva noyabrdan fevrala qədər dörd dəfə bu raketlərin sınağını keçirib və 4-ü də uğursuz olub.
Ən qısa test 4 saniyə çəkib, ən uzun sınaq isə 2 dəqiqədən çox olub. 4 sınağın hamısında raketlər yerə çırpılıb.