İrəvanda tələbə və müəllimlər tətil elan etdi - FOTO

İrəvanda tələbə və müəllimlər tətil elan etdi - FOTO backend

Ermənistan Dövlət İqtisad Universiteti nəzdində İrəvan maliyyə-iqtisadi kollecinin tələbə və müəllimləri tətil elan ediblər.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, onlar iki gün əvvəl istefa verən kollecin əvvəlki direktoru Sergey Xaratyanın geri qaytarılması tələbi ilə çıxış ediblər.

Sabiq direktora dəstək əlaməti olaraq müəllimlərin bir qismi işdən çıxıb.

Qeyd edək ki, Sergey Xaratyan Ermənistanın Respublika Partiyasının üzvüdür.


Diaspora