Gürcüstan Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərinin açılması ilə bağlı proses başlatmağa hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenin bəyanatında yer alıb. O, 24 mayda Praqada Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasinlə görüşündə bu prosesi özündə ehtiva edən gömrük idarəetməsi mexanizmləri və malların monitorinqi razılaşmasının növbəti mərhələsinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edəcəklərini bildirib.Qeyd edək ki, bu razılaşma Mixail Saakaşvilinin hakimiyyəti dönəmində əldə edilib. Razılaşma sayəsində Tiflis Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qoyduğu vetonu götürüb, Abxaziya və Cənubi Osetiyadan ticarət dəhlizlərinə keçidinə izn verib. Bu razılaşma Ermənistanın da müəyyən mənada blokadadan çıxmasını asanlaşdırır.