Urmiya gölünün ən qədim gəmisi göldən gizlicə çıxarılıb.
Teleqraf.com Güney Azərbaycana bağlı saytlara istinadən xəbər verir ki, “Əmin” gəmisindən yayılan görüntülər onun Şərəfxana limanının dəniz muzeyinin yaxınlığına köçürüldüyünü göstərir.Ötən il oktyabr ayında Urmiya gölünün Dənizçilik və Limanlar İşləri üzrə müdiri İsa Bəşarəti “Əmin” gəmisinin Şərəfxana limanının dəniz muzeyinə köçürüləcəyi barədə məlumat vermişdi. 2017-ci ilin yayında göldə yaranan böhrandan sonra ən qədim gəmilərdən biri metallom kimi satılaraq ərazidən çıxarıldı. Bu məsələ bölgə əhalisinin kəskin etirazına səbəb olmuşdu.
Qeyd edək ki, “Əmin” gəmisi Urmiya gölünün ən qədim gəmisidir. Bu gəmi II Dünya Müharibəsi zamanı ruslar tərəfindən Şərəfxana limanında inşa olunub. Çəkisi 50 ton, uzunluğu 20 metr, eni 4,3 metr olan gəminin hündürlüyü 5 metrdən çoxdur.