Tiflisdə üç min nəfərə yaxın etirazçı şəhərin mərkəzində aksiya keçirir.
Teleqraf.com "Rustavi-2"yə istinadən xəbər verir ki, onlar polisin fəaliyyətinə etiraz edirlər. Belə ki, polisin gecə klublarında narkomaniya əleyhinə reydlər keçirməsi və 8 nəfəri həbs etməsi aksiya iştirakçılarının etirazına səbəb olub."Ağ səs" təşkilatı tərəfindən parlament binası qarşısında təşkil edilən aksiyanın iştirakçıları Baş nazir Georgi Kvirikaşvili və Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.