Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvili Gürcü Arzusu Partiyasının baş katibi seçilib.
Axar.az xəbər verir ki, iş adamı siyasətə Gürcüstanın maraqları naminə qayıtdığını bildirib.İvanişvili söyləyib ki, 2011-cı ildə olduğu kimi, mənim vəzifəm - Gürcüstanın və gürcü xalqının tərəqqisinə xidmət etməkdir:
"Gürcüstan AB və NATO strukturlarına inteqrasiya yolu ilə inamla irəliləyir".
Qeyd edək ki, bir müddət öncə əslində hazırda Gürcüstan hakimiyyətini kölgədən idarə edən İvanişvilinin açıq şəkildə siyasətə qayıdacağı bildirilmişdi. Onun payızda keçiriləcək seçkilərə görə M.Saakaşvilinin aktivləşməsindən narahat olaraq geri qayıdacağı iddia edilirdi.