Bu gün Ermənistanda Alaqyaz kəndinin fermerləri İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar.
Yezidilərin yaşadığı kənd əhalisi südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.Fermerlər bildirir ki, şirkət əvvəl südün bir litrini 180 drama alırdı. İndi isə 110 dram təklif edilir. Onlar Araqaçotinski vilayətinin qubernatoru və kənd təsərrüfatı nazirliyinin rəsmiləri ilə görüş tələb edirlər.
">