Putin Paşinyan üçün “qırmızı xətt” çəkdi, amma… – Açıqlama

Putin Paşinyan üçün “qırmızı xətt” çəkdi, amma… – Açıqlama backend

Bir neçə gündən sonra yeni baş nazir Nikol Paşinyan Vladimir Putinlə görüşəcək.

Putin təbrik mətnində Paşinyan üçün çərçivələri cızıb - Avrasiya İttifaqı, Kollektiv Təhlüəsizlik Müqaviləsi Təşkilatı və Gömrük Birliyi ilə əməkdaşlığı, üzvlüyü davam etdirmək. Yəni, “qırmızı xətt” elan edildi.

Teleqraf.com xəbər verir ki, bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Partiya sədri Ermənistanın yeni hakimiyyətin Qərbə meyilli olduğunu bildirib:

“Paşinyanın “qırmızı xətt”i keçəcəyini düşünürəm. Fikrimcə, Serj Sərkisyanın başlatdığı avrointeqrasiya siyasəti davam edəcək, gürcülərdən sonra ermənilər də Şengen zonasına qoşulacaqlar”.
Diaspora