Sadəlövhlük, yoxsa məlumatsızlıq - Paşinyana XİN-dən cavab

Sadəlövhlük, yoxsa məlumatsızlıq - Paşinyana XİN-dən cavab backend

"Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilkin bəyanatları cavabdan daha çox böyük suallar doğurur və anlaşılmır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Paşinyanın Dağlıq Qarabağ münaqişəsi barədə çıxışına münasibət bildirərkən qeyd edib.

"Bu nədir? Sadəlövhlükmü, yoxsa mövzu barədə məlumatlı olmamaqmı? Bəlkə də, hamısıdır. Yaşayarıq, görərik", - XİN rəsmisi əlavə edib.

H.Hacıyev vurğulayıb ki, Ermənistanda Serj Sarqsyan hakimiyyətinə qarşı etirazlar başlayanda rəsmi Bakı Yerevanda proseslərə ayıq başla yanaşan siyasi qüvvənin hakimiyyətə gələcəyinə ümid edirdi: "Hər halda Azərbaycan prosesin başlanğıcında bəyan etmişdi ki, regionda baş verən hadisələrə ayıq qiymət verən və sağlam düşünən bir qüvvənin hakimiyyətə gələcəyinə ümid edir".

Xatırladaq ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ancaq o, bunun üçün rəsmi Bakının heç vaxt qəbul etməyəcəyi şərt də irəli sürüb. N.Paşinyan deyib ki, Dağlıq Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir.

Diaspora