Nikol Paşinyan baş nazir seçiləcəyi halda, hökumətin tərkibi ilə bağlı planlarından danışıb.
Rəsmi Moskva Ermənistanda hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarını ölkənin “daxili işi” kimi qiymətləndirsə də, ermənilərin fikrincə, Rusiya Ermənistanı qeyri-rəsmi şəxslərin dili ilə hədələyir. Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT-də islahatların vacibliyindən danışıb. ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın görüşünün yeri və tarixi açıqlanıb.Ermənistanda hakim Respublika Partiyası baş nazirliyə namizəd Nikol Paşinyana kimin səs verəcəyinə bu gün qərar verəcək. Hakim fraksiyanın rəhbəri Vaqram Baqdasaryan müxalifətdə olmağa hazır olduqlarını bildirib.
“Bu gün iclasımız olacaq və sabah parlamentdə baş nazir seçkisində üzvlərimizdən kimin Paşinyanı dəstəkləyəcəyinə qərar verəcəyik”, - deyə o bildirib.
“Baş nazir seçiləcəyim halda, keçmiş hakimiyyət barəsində qisas olmayacaq”. Bu haqda ölkənin baş naziri postuna namizəd Nikol Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, yeni hökumətin tərkibinə oliqarxları daxil etmək niyyətində deyil.
“Mən rəsmən bildirirəm ki, mənim hökumətimdə oliqarxlar olmayacaqlar. İqtisadiyyatda inhisarçılıq olmayacaq”, - Paşinyan jurnalistlərə deyib.
“Kreml Nikol Paşinyanı üzdə “tanıyır”, lakin kulislərdə onun mövqeyini zəiflətməyə çalışır”. Bu barədə məşhur amerikalı politoloq Pol Qobl deyib.
P. Qobl qeyd edib ki, Paşinyan Moskva üçün münasib deyil.
“Çünki Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanı Rusiyadan uzaqlaşdıracaq. Lakin Kreml etirazçıları yatırmaq üçün birbaşa hücum etməyəcək. Daha effektli olması üçün yeni hökuməti devirəcək. Görünür, Putin Ukraynadan dərs çıxarıb”, - deyə o bildirib.
Rəsmi Moskva Ermənistanda hakimiyyət əleyhinə keçirilən atiraz aksiyalarını ölkənin “daxili işi” kimi qiymətləndirir. Kremlin sözçüsü Dmitri Peskov və Xarici İşlər Nazirliyinin rəsmizi Mariya Zaxarovanın bəyanatlarında bu yanaşma özünü göstərir.
Rusiyanın Ermənistandakı səfirliyinin bir gün əvvəl yaydığı bəyanatında də Moskvadan verilən bəyanatlar xatırlanır. Bəyanata görə, “məxməri inqilab”ın liderləri dəfələrlə bildiriblər ki, siyasi proses xarici siyasətdə dəyişiklikləri nəzərdə tutmur.
Amma erməni şərhçi Sarqis Artsruni bu fikirdədir ki, Moskva əslində Ermənistanı qanda batırmaqla hədələyir.
Publika.az