“NATO-nun növbəti sammitinin məqsədi Gürcüstan, Makedoniya, Bosniya və Hersoqovinanın alyansa qatılmasıdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.Onun sözlərinə görə, Türkiyə alyansın genişlənməsini dəstəkləyir:
“Hazırda bizim qarşımızda 4 namizəd ölkə var. Bunlar Çernoqoriya, Bosniya və Hersoqovina, Makedoniya və Gürcüstandır. Biz istəyirik ki, 2016-cı ildəki sammitin əsas məqsədi NATO-nun genişləndirilməsi olsun”.