“Ermənistanda inqilab Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına hazırlıqdır”.
Publika.az xəbər verir ki, bu iddia ilə rusiyalı jurnalist-ekspert Roman Jilin çıxış edib.Jilin hesab edir ki, İrəvandakı proseslərin nəticəsində Ermənistan Qarabağı qaytarmağa məcbur ola bilər.
“Faktiki olaraq, Paşinyan istənilən vaxt özünü xalqın baş naziri elan edə, parlamenti buraxa bilər. Bu, Ermənistanda rəsmi hakimiyyətin beynəlxalq səviyyədə tanınmaması və İrəvanla əvvəlki öhdəliklərin yerinə yetirilməməsi ilə nəticələnəcək. İstisna deyil ki, Ermənistanda “rəngli inqilab”ın əsas məqsədi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasıdır. Bu, ABŞ-ın planıdır: Ermənistanda siyasi xaosla Qafqaz yenidən format edilir, Dağlıq Qarabağ Azərbaycana qaytarılır, Xəzər karbohidrogen ehtiyatlarının tranziti üzərində nəzarət əldə edir”, - deyə o bildirib.