Ermənistan parlamentində hakim Respublika Partiyasından olan millət vəkili Qriqor Avalyan deputat mandatından imtina edib.
Axar.az xəbər verir ki, faktı parlamentin vitse-spikeri Eduard Şarmazanov təsdiq etməsə də, təkzib də etməyib.“Belə bir informasiyaya malik deyiləm”, - Şarmazanov bildirib.