Yerevanın mərkəzindəki “Respublika” meydanında etiraz hərəkatının lideri Nikol Paşinyanın rəhbərliyi ilə çoxminlik mitinq keçirilir.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən məlumatına görə, nümayişçilər müxtəlif plakatlar, eləcə də “Rusiya-Ermənistan dostluğu əbədidir” yazılı plakatlarla mitinq keçirirlər.Mitinqin keçirildiyi meydanda çoxlu sayda polis vəziyyətə nəzarət edir.
Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.